Prezident Türkiyənin müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyi bildirildi, keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimlərin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub, Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...