XİN avstriyalı jurnalistə viza verilməməsi məsələsinə aydınlıq gətirib

XİN avstriyalı jurnalistə viza verilməməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) avstriyalı jurnalist, "Die Presse" qəzetinin əməkdaşı Yutta Bauerə Azərbaycana səfər etmək üçün viza verilməməsi məsələsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Yutta Bauer 2011-ci ildə Azərbaycanın razılığı olmadan Ermənistandan keçməklə işğal altında olan torpaqlara səfər edib.

XİN-dən həmçinin bildirilib ki, Azərbaycanın Avstriyadakı səfirliyi artıq məsələ ilə bağlı məlumat verib.

Qeyd edək ki, jurnalist Azərbaycana səfər etmək üçün viza verilməməsini yazdığı tənqidi məqalələrlə əlaqələndirsə də, Azərbaycanın Avstriyadakı səfirliyi bu iddianı təkzib edib.

Avstriya XİN-dən isə bildiriblər ki, jurnalistə viza verilməməsi Azərbaycanın səlahiyyətinə aid olan və qanunvericiliyi ilə tənzimlənən məsələdir.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə