Zahid Oruc: “Ukrayna prezidentinin taleyini bir neçə döyüş həll edəcək” AÇIQLAMA
"Hər iki ölkənin münasibətlərində təbliğat müharibəsi gedir. Bu, hazırki dövrdə Ukraynanın Şərq hissəsindəki real hərbi əməliyyatlardan daha amansız və daha da qaydasız formada reallaşdırılmaqdadır". Bunu SİA-ya millət vəkili Zahid Oruc Ukrayna-Rusiya münasibətlərində ziddiyyətli informasiyaların arxasında dayanan gizli məqamlara münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Kütləvi İnformasiya Vasitələri (KİV) üzərində əyləşən xüsusi iri, siyasi maliyyə və beynəlxalq dairələrin mənafeləri çulğalaşır: "Buradan sual ortaya çıxır ki, bəs Ukraynanın Donbask, Donetski, Luqanski şəhərlərindəki qüvvələr nisbəti tez-tez necə dəyişir, hərbi qüvvələr bir-birinə hansı istehkamlardan atəş açırlar? Real mülki əhalidə itkilər nədən ibarətdir? Yaxud rusiyayönümlülər, o cümlədən Ukraynanın antiterror, antiseparatçı qüvvələrinin hərbi gücü nədən ibarətdir?
İş ondadır ki, Ukrayna prezidenti Petro Proşenko əslində Ukraynada məlum dövlət çevrilişindən sonra hakimiyyətə gəlib. Düzdür o, həmin vaxtlar meydanı təşkil edən şəxs deyildi. Hadisələr onun xeyrinə bir neçə ayın içərisində cərəyan etdi. Əgər biz Azərbaycanın 1990-cı illərindən paralellər aparsaq görərik ki, məlum avantüranın eynisi Ukraynada yaşanmaqdadır. Qərb və NATO hərbi cəhətdən Ukraynaya kömək etməyəcək. Hətta bu reallaşdırılsa belə o, avtomatik olaraq rəsmi Kiyevin qalibiyyətinin başlıca təminatçısı olmayacaq. Faktiki olaraq o, öz millətçi dairələri qarşısında verdiyi vədin girovuna çevrilib. O indi geri dura bilmir. Beləki o bu halda əsl simasını itirə bilər. Əslində Rusiya prezidenti Vladimir Putinin böyük şahmatçı kimi qurduğu planın mahiyyəti də xeyli dərəcədə qəbul olunur. O, öz ölkəsinin ən yaxın sərhədlərində NATO-nun infrastrukturunu, onun "F-16"larını görmək istəmir. Bu zaman başqa cür nə edilə bilər?
Təbii ki, bu gün NATO-nun Uels sammitindən Kiyevin xeyrinə verilən bəyanatlar təxminən növbəti aylarda Ukraynanın daha böyük, amansız, humanitar iqtisadi və insani itkiləri ilə üz-üzə qalmağına yol açacaq. Bu mənada həmin ziddiyyətli informasiyalar tərəflərin diplomatik, siyasi və hərbi döyüşünün davamıdır. Lakin burada Ukraynanın aqibəti son dərəcə təhlükəli və dumanlı görünür. Ukrayna prezidenti Petro Proşenkonun taleyini bir neçə döyüş həll edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB