Ərdoğanın Azərbaycana səfəri Türkiyə mətbuatında FOTOLAR

Ərdoğanın Azərbaycana səfəri Türkiyə mətbuatında FOTOLAR

Ötən gün Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Azərbaycan mətbuatı ilə yanaşı, Türkiyə mətbuatının da manşet xəbərlərinə çevrilib. SİA türk mətbuatının bu səfərdən nə yazdığını təqdim edir.

"Sabah" qəzeti: "Bakıda gündəm Ermənistan" başlıqlı yazısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın yanında olması fikirlərini önə çıxarıb. Belə ki, yazıda Türkiyə Prezidentinin "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Türkiyə Ermənistan münasibətləri dəyişə bilməz" fikirləri qeyd edilib".

"Hürriyyət" qəzeti: "Qardaşlığımızın zirvəsi Dağlıq Qarabağdır" başlıqlı yazıda Türkiyə prezidentinin Azərbaycanda yüksək səviyyədə qarşılanmasına xüsusi yer ayrılıb. Yazıda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşünə önəm verilərək, müzakirə olunan mövzular xüsusilə qeyd edilib. Yazıda Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra daha fərqli şəkildə inkişaf edəcəyi vurğulanıb".

"Milliyyət" qəzeti: ""Heydər Əliyev qürur ordeni" adlı yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə prezidentinə Heydər Əliyev ordeni təqdim edilməsi önə çəkilib. Həmçinin yazıda ölkəmizdə Ərdoğanın şərəfinə təşkil edilən ziyafət xüsusi vurğulanıb və bildirilib ki, Azərbaycanda Türkiyə prezidentinin yüksək səviyyədə qarşılanması və ziyafət təşkil edilməsi iki ölkə arasında əlaqələrin qardaşlıq, dostluq üzərində qurulmasının bariz nümunəsidir".

"Haberturk" qəzeti: "Türkiyə Ermənistan münasibətlərinin həlli nəyə bağlıdır?" adlı yazıda Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasının bir problemin həllinə bağlı olduğu qeyd edilib. Yazıda Ərdoğanın "Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, o zaman həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətləri normallaşacaq. Münaqişə həll olunmadığı müddətdə, Türkiyə ilə Ermənistan arasında münasibətlər indiki kimi davam edəcək" fikirləri önə çəkilib".

Bütün xəbərlər Facebook səhifəmizdə