Araz Əlizadə: “Müxalifəti maraqlandıran onların xozeyinləridir” MÜNASİBƏT
"Əslində müxalifəti mətbuat bir o qədər də maraqlandırmır. Onları maraqlandıran xozeyinləridir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə müxalifət partiyalarının xaricdən aldıqları maliyyə dəstəyi vasitəsilə müxtəlif təşkilatlarda fəaliyyət göstərmələrinə münasibət bildirərkən deyib. ASDP sədrinin fikrincə, müxalifəti daha çox Qərbdən maliyyə yardımları göstərən qüvvələr maraqlandırır.
A. Əlizadə eyni zmanda bildirib ki, müxalifət təmsilçilərinin birləşmələri pul ilə əlaqədardır: "Pul verib deyirlər birləş, pul qurtaranda isə başlayırlar bir-birlərini söyməyə. Bir sözlə, müxalifət partiya rəhbərləri heç vaxt birləşə bilən deyil. Çünki bunlar hamısı eyni yerdə idilər. Oradan da dağılaraq getdilər. Onlar da nəyə görə getdilər? Çünki hər kəs öz ambisiyalarını təmin etmək üçün cəhdlər göstərdi, amma təmin olunmadı. Ona görə də, onlar bir-birlərinə qarşı bu cür didişmələrini davam etdirdilər. Nəticədə bloklar dağıldı. Onlar özləri də çox gözəl bilirlər ki, onların zamanı qurtarıb".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB