"Mən İsa Qəmbərə elə bir sual verməmişəm, sadəcə maraqlanmışam". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Divanının üzvü, başqanlığa namizədliyini irəli sürmüş Tural Abbaslı avqustun 18-də partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verən qarşıdurmaya münaibətini bildirərkən deyib.
Divan üzvü deyib ki, iclasda sadəcə, Hüseyn Məlikin müşavirlikdən çıxması ilə bağlı söhbət olub və onun adı hallanıb. İsa Qəmbər isə deyib hər kəs özü partiyadan gedib-getməməsi ilə bağlı qərar verə bilər: "Düzdür, bizim Divanda da, digər strukturlarımızda da polemikalarımız olur ki, bu da təbiidir".
Arif Hacılı-Qubad İbadoğlu qarııdurmasına da münasibət bildirən Tural Abbaslı qurultaya hazırlıqla bağlı, texniki işlərlə bağlı fikirlər irəli sürüldüyünü deyib və bildirib ki, başqanlığa iddialılar arasında rəqabətin olmasını təbii hesab edir: "Əgər gərinlik varsa, bunu da normal qəbul etmək lazımdır. Siyasi rəqabət partiyada olmalıdır. Çünki başqanlıq seçkiləri gəlir və burada iddialar yüksəkdir".
Müsavat rəsmisi özünün də namziəd olacağını xatırladıb və deyib ki, bu istiqamətdə davamlı işlər aparır: "Mən namizədliyimi irəli sürmüşəm, işlər aparılmaqdadır. Artıq qurultay nümayəndələri ilə də görüşlər olub. "Məqsəd" qrupumuz da var ki, orada gənclərlə birgə mənim namizədiyim üzrə işlər görülməkdədir. Yəni hədəfimizə uyğun addımlarımızı atırıq. Həmçinin, bu və ya digər nəticələrimiz də var. Kim qalib gələcəksə, o da başqan olacaq. Çalışırıq ki, məhz biz qalib gələk".
Xatırladaq ki, Müsavat Partiyasının avqustun 18-də keçirilən iclasında müxtəlif qarşıdurmalar yaşanıb və bu, başqanlığa namizədlərin həmin posta iddiaları ilə bağlıdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB