Nizami Cəfərov: "Nazirlərin Naxçıvan görüşü vacib hadisədir" Münasibət

Nizami Cəfərov: "Nazirlərin Naxçıvan görüşü vacib hadisədir" Münasibət

"Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin iştirakı ilə keçiriləcək görüş olduqca vacib hadisədir. Odur ki, nazirlərin görüşü regional təhlükəsizliyin müzakirəsi baxımından mühümdür". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov adıçəkilən görüşün əhəmiyyətindən danışarkən deyib.

N. Cəfərovun sözlərinə görə, xüsusilə Azərbaycanla Türkiyə arasında bu tipli müzakirələr aparılır: "Bu cür görüşlər çox vacib məsələdir. Birgə layihələr türkdilli dövlətlərin bölgədə nüfuzunun daha da artmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu tipli əməkdaşlıq ölkələrimizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə daha güclü təsir edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə