İsmayıl Alper Cosqun: "Sərhədlərin açılması mümkün deyil"

İsmayıl Alper Cosqun: "Sərhədlərin açılması mümkün deyil"

"Ermənistan Türkiyə arasındakı sərhədlərin açılması ilə bağlı yayılan məlumatlar təsadüfdən başqa bir şey deyil". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun ölkədə yeni hakimiyyət formalaşdıqdan sonra Ermənistan Türkiyə arasındakı sərhədlərin açıla biləcəyi ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Səfir bildirib ki, bu cür xəbərlərin yayılması tamamilə təsadüfdür: "İnkidi prezident Abdulla Gülün xarici işlər üzrə nümayəndəsi bu məsələyə aydınlıq gətirib. 2 ildir Bakıda səfir vəzifəsində çalışıram və həmişə də bu suala eyni cavabı verirəm ki, sərhədlərin açılması mümkün deyil. Bu xəbəri kim hansı məqsədlə yayır deyə bilmərəm, ancaq yorulmadan və rahat bir şəkildə cavab vermək iqtidarındayam. Çünki Türkiyənin bu mövzuya yanaşması aydındır. Heç bir müzakirəyə də ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə