Xəzər Teyyublu: “Eldəniz Quliyevin fikri parçalanmaya səbəb olur” İTTİHAM
"Burada nə qaranlıq məqsəd ola bilər ki? Biz sadəcə, siyasi partiyalar olaraq bir araya gəlib İntiqam Əliyevin müdafiəsini təşkil etmişik". Bu fikirləri SİA-ya açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu "El" Hərəkatının sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevin "İntiqam Əliyevin həbsi ilə bağlı bir araya gələn partiyalar qaranlıq məqsəd güdür" ittihamına münasibətini bildirərkən deyib.
KXCP rəsmisi Elldəniz Quliyevin ittihamı ilə razılaşmadığını deyərək onu da qeyd edib ki, burada qaranlıq məsələdən söhbət gedə bilməz: "Konkret olaraq, sözügedən ittihamla bağlı Eldəniz Quliyevin verdiyi açıqlama hesab edirəm ki, bölüşülməz bir fikirdir və ortada qaranlıq heç bir məsələdən söhbət belə gedə bilməz".
Xəzər Teyyublu sabah yenidən KXCP qərargahında sözügedən mövzu ilə bağlı toplantının keçiriləcəyini deyərək, onu da bildirib ki, Eldəniz Quliyevin bu tipli ittihamlar irəli sürməsi düşərgə daxilində mövqe parçalanmasına səbəb olur: "Digər tərəfdən, hər hansı bir təşəbbüs irəli sürülərkən, belə fikirlərin səsləndirilməsi həm mövqe parçalanmasına gətirib çıxarır, həm də vahid fikrə gəlməyə imkan vermir".
Xatırladaq ki, İntiqam Əliyevlə bağlı KXCP qərargahında keçirilən toplantıya dəvət olunmalarına rəğmən Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli qatılmayıblar. İddia olunurdu ki, hər iki fərdin toplantıya qatılmamalarına səbəb Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüs qrupuna daxil olmasıdır. Məhz bundan sonra düşərgə daxilində qalmaqallara start verilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB