BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının SİA-ya müsahibəsi
- Niyaməddin bəy, Leyla Yunusun ifşa olunmasından bəzi yerli və daxili qüvvələrin narahatlıq keçirməsi nədən irəli gəlir?
- Bu, birbaşa erməni milli maraqlarını qorumaqdan irəli gəlir. Bu gün Leyla Yunusu ermənilər və bəzi dağıdıcı müxalifətin nümayəndələri müdafiə edir. L.Yunusla bağlı erməni mətbuatında kifayət qədər müdafiə tipli yazılar dərc olunur. Blokerler açıq şəkildə L.Yunusu "qəhrəman" adlandırır. Açın, erməni mətbuatına baxın, bu danılmaz faktlardır. Sula olunur, nədən ermənilər L.Yunusla bağlı bu qədər narahatlıq keçirdir! L.Yunus ermənilərə casusluq edib. Şəxsən məndə heç bir şübhə yox idi ki, L.Yunus Vətənə xəyanət edib! Onun fəaliyyətinə baxanda ancaq görmək olurdu ki, L.Yunus sadvalçıları, əlikram hümbətovları, Bakıda metro terroru törədən şəxsləri müdafiə edirdi. L.Yunus daim Ermənistanın milli maraqlarına xidmət edib və bunu görməmək və yaxud da özünü görməzliyə vurmaq özünü aldatmaqdan başqa bir şey deyil. Ermənipəst fondlar L.Yunusa 3 milyon dollardan artıq qrant veriblər.
"Bu qədər pulun vergisini niyə gizlədirdin?"
- Bu adam bu pulların müqabilində Azərbaycanın ictimai adamlarını Ermənistana aparırmış. Bütün dünyaya göstərirmiş ki, Azərbaycanla Ermənistan arasında münaqişə aradan qalxıb və artıq gediş-gəliş yaranıb. L.Yunus birbaşa Ermənistan xüsusi xidmət orqanlarına xidmət edirdi. Digər tərəfdən, ortaya sual çıxır ki, bu qədər pulun vergisini niyə gizlədirdin? Hansısa inkişaf etmiş ölkələrdə bu qədər vəsaitin vergisini gizlətmək olar? Amerikada, Qərbdə bu cür hallar baş verərsə, dərhal həmin QHT sədrinə cinayət işi acılar. Vətənə xəyanətə görə isə, ömürlük azadlıqdan məhrum edərlər.
- Sülh və Demokratiya İnstitutunun rəhbərini daha çox ABŞ-ın bəzi ermənipərəst konqresmenləri müdafiə etməyə cəhd göstəriblər. Həmçinin bəzi ənənəvi ampluasından çıxış edən beynəlxalq təşkilatlar da Leyla Yunusla bağlı uğursuz müdafiə xarakterli bəyanatlar səsləndiriblər. Sizcə, bu cür mövqe həmin qüvvələrin Leyla Yunusla eyni maraqları bölüşməsinin göstəricisi sayıla bilərmi?
- L.Yunusu müdafiə edən beynəlxalq təşkilatların hamısı daim erməni milli maraqlarına xidmət edən təşkilatlardır. İndiyə qədər bir dəfə olsun görmədik ki, bu təşkilatlar Azərbaycanın haqq səsinə səs versinlər. Bunlar ancaq milli maraqlarımıza zərbə vurmaq üçün fürsət, məqam axtarırlar. Bu təşkilatlardan soruşmaq lazimdir ki, 3 milyon dollar vəsaiti L.Yunusa niyə vermisən?
"Bu adam bütün ömrünü erməniyə nökərçilik etməklə keçirib"
- Bu təşkilatlar 1 manat vəsaiti boş yerə verməzlər. Radikal müxalifət düşərgəsi, xüsusən də Əli Kərimli L.Yunusu müdafiə etmək üçün dəridən-qabıqdan çıxdı. Əli Kərimlinin əlinə imkan düşüb. Az qalır beynəlxalq təşkilatların gözünə girmək üçün L.Yunusu Nelson Mandela elan etsin. Heç olmasa, indi utanın ki, bu adam bütün ömrünü erməniyə nökərçilik etməklə keçirib. L.Yunusun özü belə bunu deməkdən çəkinməyib. Bu faktın özü onu göstərdi ki, Ə.Kərimli kimi insanlar üçün heç bir dəyər, meyar yoxdur. Konkret demək olarki, L.Yunusu Rüstəm İbrahimbəyov, Ə. Kərimli və ermənilər daha çox müdafiə edir...
- Leyla Yunusun qızı cəbhədə əsgər ölümlərinə bir növ sevinirmiş kimi sosial şəbəkələrdə erməni mövqeyindən çıxış edən status paylaşıb. Bu barədə nə deyə bilərsiniz?
- İlanın balası ilan olar! Bundan isə təəccüblənməyə dəyməz!
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB