Musa Qasımlı: “Ermənistan xarici siyasətində ərazi işğallarını yerinə yetirməyə çalışır” AÇIQLAMA

Musa Qasımlı: “Ermənistan xarici siyasətində ərazi işğallarını yerinə yetirməyə çalışır” AÇIQLAMA

"Ermənistanın atəşkəsi pozması onun təcavüzkarlığını, qonşu ilə yola getməyə, eləcə də dinc yaşamağa hazır olmadığını göstərir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı son günlər cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsi mütəmadi pozmasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, işğalçı ölkə bununla bir daha təsdiq edir ki, Ermənistan xarici siyasətində daha çox ərazi işğallarını yerinə yetirməyə çalışır.

Azərbaycanlıların ermənilərə əsir düşməsinə və bundan işğalçı ölkənin öz xeyrinə yararlanmasına gəlincə Musa Qasımlı deyib ki, azərbaycanlıların öz valideyinlərinin dəfn olunduğu yerə baş çəkmələri normal haldır: "Bu, sırf hümanitar məsələdir. Əgər Ermənistan kiçik bir humanitar məsələni bu səviyyəyə qaldırırsa, deməli işğalçı ölkə heç bir zaman təcavüzün nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə hazır deyil".

Qeyd edək ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 111 dəfə pozub.

Bütün xəbərlər Facebook səhifəmizdə