Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin hər il ənənəvi olaraq həyata keçirdiyi "Yay məktəbi" layihəsinin III turuna start verilib. SİA-nın məlumatına görə, bununla bağlı YAP-ın Mərkəzi Qərargahında toplantı keçirilib.
YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov iclasda çıxış edərək hər il həyata keçirilən "Yay məktəbi" layihəsinin məqsədinin gənclərin biliklərinin möhkəmləndirilməsi, istirahətinin səmərəli təşkili olunması olduğunu qeyd edib: "Bu il "Yay məktəbi" layihəsi daha da geniş şəkildə təşkil olunacaq. "Yay məktəbi" layihəsində Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də iştirak edəcək. Layihə çərçivəsində nəzərdə tutulmuş proqrama görə, gənclərin ictimai-siyasi şəxslər və region gəncləri ilə görüşləri, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər və s. təşkil olunacaq. Layihənin icrası partiyanın rəhbər şəxslərinin nəzarətində olacaq. Ancaq "Yay məktəbi"ndə əsas iş gənclərə həvalə olunub".
YAP rəsmisi gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etmələrini tövsiyə edib.
O, gənclərin və xanımların ölkənin ictimai-siyasi həyatında rolunun daha da artırılması istiqamətində YAP-ın daima işlər apardığını, qarşıdan gələn bələdiyyə seçkiləri zamanı daha çox gənclər və xanımların namizədliyinin irəli sürüləcəyini vurğulayıb.
S.Novruzov iştirakçılara layihənin proqramı haqqında məlumat verərək gənclərə asudə vaxtlarının daha səmərəli keçirmələri üçün onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Oğuz rayonundakı "Afra" otelə gedəcək gənclərə YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova, Lerik rayonunda yerləşən "RELAX" istirahət mərkəzinə yollanacaq gənclərə isə rəhbərliyi millət vəkili Sevinc Hüseynova edəcək.
Xatırladaq ki, avqustun birinci on günlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə 800-ə yaxın gənc iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB