Baş redaktor: “Azərbaycan dövləti ölkəmizdə azad sözün və mətbuatın keşiyindədir” AÇIQLAMA
"Azərbaycan mətbuatının inkişafı daimi olaraq dövlətin diqqət mərkəzində olub. Bu işin təməli Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən qoyulub". Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəylinin sözlərinə görə, Ulu Öndər yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkə mətbuatının inkişafı istiqamətində həmin dövr üçün sensasiya xarakteri daşıyan addımlar atdı. Bunlardan birincisi təbii ki, mətbuat üzərindən senzuranın aradan qaldırılması idi. Bundan sonra isə mətbuatın nəşriyyata olan borclarının dondurulması, dayandırılması və daha sonralar bağışlanması prosesi həyata keçirildi. Bu proses sonralar da davam etdirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Mətbuatın İnkişaf Konsepsiyası qəbul olundu və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Artıq xeyli müddətdir ki, Azərbaycanda mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılır. Təbii ki, bu, ilk növbədə Azərbaycan dövlətinin ölkə mətbuatına verdiyi dəyərdən xəbər verir. Eyni zamanda bu, Azərbaycan mediasının mənsublarına, eləcə də gələcək nümayəndələrinə dövlət tərəfindən bir mesaj idi ki, Azərbaycan dövləti daim ölkəmizdə azad sözün və mətbuatın keşiyindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB