Prezident İlham Əliyev İtaliyanın baş naziri ilə görüşüb

Prezident İlham Əliyev İtaliyanın baş naziri ilə görüşüb

İyulun 14-də Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın baş naziri Matteo Renzi ilə görüşü olub. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edilib. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edilib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə