Jalə Əliyeva: "Hər bir Azərbaycan vətəndaşı qurur hissi keçirməlidir" AÇIQLAMA

Jalə Əliyeva: "Hər bir Azərbaycan vətəndaşı qurur hissi keçirməlidir" AÇIQLAMA

"Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti dəfə Nazirlər Kabinetinin tam tərkibdə iclası keçirildi və bir daha Azərbaycanda iqtisadi sahədə həyata keçirilən layihələr, əldə edilən nailiyyətlər geniş şəkildə müzakirə olundu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva ötən gün Prezident İlham Əliyevin Nazirlər Kabinetində keçirdiyi müşavirəyə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyev çatışmazlıqlar və problemlər barədə çox açıq şəkildə danışdı: "5 illik iqtisadi zona çərçivəsində həyata keçirilən hər bir iş xüsusilə də kənd yollarının asfaltlanması, hətta ən ucqar kəndə yaşayan insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan əhəmiyyətli işlər çox düzgün olaraq Prezident İlham Əliyev tərəfindən qeyd edildi. Düşünürəm ki, həmin müşavirəni izləyən hər bir Azərbaycan vətəndaşı məmnunluq duymalı və qurur hissi keçirməlidir ki, bu cür bir ölkədə yaşayır və İlham Əliyev kimi prezidenti var".

Jalə Əliyevanın dediyinə görə, Prezident İlham Əliyev davamlı olaraq göstərişlərini və tapşırıqlarını ancaq bu istiqamətdə verdi ki, vətəndaşlar əziyyət çəkmədən daha da yaxşı yaşamalıdırlar: "Bu, bir daha Prezident İlham Əliyevin öz vətəndaşlarına münasibətini ortaya qoyan bir müşavirə idi. Həqiqətən də vətəndaşlarımız keçirilən bu müşavirədən çox məmnun qalıblar. Çünki onları hər an düşünən və hər keçirdiyi tədbirdə, iclaslarda verdiyi hər bir tapşırıqlarda vətəndaşının rifah halının yüksəldilməsini düşünən və onun qayğısına qalan ölkənin Cənab İlham Əliyev kimi Prezidenti var".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə