Elçin Mirzəbəyli: “ Leyla Yunus bu yolla öz cinayət əməllərini pərdələməyə cəhd edir” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “ Leyla Yunus bu yolla öz cinayət əməllərini pərdələməyə cəhd edir” MÜNASİBƏT

"Dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının çağırışına istənilən insan mütləq şəkildə getməldir. Unutmaq lazım deyil ki, sözügedən prosesdə istintaqa yardımdan söhbət gedir. Əgər insan həqiqətən də özünə görə arxayındırsa, cinayət törətməyibsə yol verməyibsə həmin çağırışa cavab olaraq dəvət olunan yerə getməlidir. Hətta cinayətə yol veribsə belə, vətəndaş özündə cəsarət taparaq çağırışa getməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun istintaqın çağırışına məhəl qoymamasına və dövlət orqanı qarşısında şərt irəli sürməsinə münasibət bildirərkən deyib.

BAXCP rəsmisinin fikrincə, bu proses bir daha sübuta yetirir ki, əslində Leyla Yunusun məqsədi öz ətrafında şou yaratmaqdan ibarətdir və o, indiyə qədər törətdiyi cinayət əməlləri barədə yaxşı məlumatlıdır: "Məhz bu baxımdan, SDİ təmsilçisinin intintaq orqanlarının cavabına "yox" cavabını verməsi, bu proses ətrafında şou yaratması yenə də beynəlxalq dairələrin nəzərlərini Azərbaycana tərəf cəlb etmək istəyidir. O, bu yolla öz cinayət əməllərini pərdələməyə cəhd edir".

Elçin Mirzəbəyli bildirib ki, əgər Leyla Yunus istintaqın çağırışına məhəl qoymasa, o, qanuna uyğun olaraq istintaqa məvburi gətirilməlidir: "Bu, qanunun tələbidir və Leyla Yunus da bunu çox yəqin ki, bilməmiş deyil".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə