Asim Mollazadə: “Ermənistan bu siyasəti ilə ölkəsini bərbad günə salıb” AÇIQLAMA
"Ermənistan artıq öz müstəqilliyini itirmiş və hərbi bazaya çevrilmiş bir ölkədir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, artıq işğalçı ölkənin vətəndaşları Ermınistanı tərk edir: "Təbii ki, bu da həmin ölkənin ağır sosial, iqtisadi durumu ilə bağlıdır. Ermənistanın yeganə çıxış yolu öz siyasətində köklü dəyişiklik etməsi və Azərbaycanın işğal edilmiş ərazilərini azad edərək normal bir bölgədə ölkəyə çevrilmək şansıdır. Bununla yanaşı Azərbaycan hər il öz Silahlı Qüvvələrini möhkəmləndirmək üçün məcburdur ki, böyük həcmdə xərclər ödəsin və ordumuza yeni, müasir tələblərə cavab verən silahlar alsın.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təhlükəsizliyi olmasa idi, Azərbaycan dövləti bu vəsaitləri sosial inkişafa, yeni məktəblərin, universitetlərin və xəstəxanaların açılışına xərcləyə bilərdi. Çox təəssüf ki, Ermənistan bu siyasətlə həm ölkəsini bərbad günə salıb, həm də regionun inkişafına böyük maneçilik törədib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB