Tahir Kərimli: " Bu gün müxalifətdə qəbirstanlıq sükunəti var" MÜSAHİBƏ
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, müxalifət daxilində özünə inamsızlıq fonunda bir susqunluq müşahidə edilir. Demək olarmı artıq liderlərdə mənasız bir siyasi xətt yürütdüklərinin fərqindədirlər?
- Bəli bu gün müxalifət düşərgəsində bir susqunluq müşahidə edilir. Təbii ki, bu susqunluğun səbəbini də müxalifət liderləri çox yaxşı bilsələrdə bundan heç bir nəticə çıxarmırlar. Ona görə də, müxalifətçilər fürsət axtarırlar ki, özlərini gözə soxmaraqla reklam etsinlər. Demək olar ki, bu gün müxalifət tamamilə parçalanmış bir vəziyyətdədir. Bunun da səbəbi dağıdıcı müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyə malik olmamasıdır və bir-biri ilə yola getməməsidır. Qətiyyətlə demək olar ki, müxalifət partiya rəhbərləri tamamilə sosial bazadan məhrum olublar. Əgər müxalifət təmsilçiləri düşdükləri bu ağır vəziyyətindən cıxmaq üçün səylər göstərməsələr, onları arxiv gözləyir.
- Sizcə bundan sonra İsa Qəmbər yeni bir qurum yarartmaq ideyasından, Əli Kərimli isə "Milli Şura"da qalmağın mənasızlığını dərk edərək bu tip ideyalarla çıxış etməkdən əl çəkə biləcəklərmi?
- Bəlkədə ola bilər. Ancaq müxalifət partiya rəhbərlərinin şəxsi ambisiyaları buna imkan verməsinə şübhələr yaradır. Çünki müxalifət rəhbərlərinin hər biri özünü müxalifət düşərgəninin lideri hesab edir. Yəni onlar "Ana" müxalifət lideri olmaq iddiasındadırlar. Bunun üçün də həmin şəxslər çalışırlar ki, nə isə bir iş görərək ortaya çıxarsınlar. Əgər bu günə qədər müxalifət təmsilçiləri özləri üçün irəliliyə doğru bir iş görə bilməyiblərsə, bundan sonrada görə bilməzlər. Yəni müxalifət liderləri rəhbərlik etdikləri partiyaların zəif olduğunu başa düşürlər. Ancaq bu reallığı büruzə vermirlər. Daha da ört-basdır edirlər.
- Əli Kərimli ilə Leyla Yunus arasında NATO-nun Azərbaycanda keçirilən toplantısından sonra görüş keçirilib. Sizcə, bu görüş müxalifətin düşdüyü ölü nöqtənin aradan qaldırılması üçün tərəflərin bir-birinə dəstək verməsinə hesablanan bir görüş ola bilər?
- Demək olar ki, bu şəsxlər mütamadi olaraq görüşürlər. Yəni bir-biri ilə görüşlər keçirərək məsləhətləşirlər. Ancaq onlar elə bir gücdə və vəziyyətdə deyillər ki, bir-birinə dəstək verməklə düşdükləri ağır vəziyyəti aradan qaldıra bilsinlər. Düzdü bu gün müxalifətdə ölü nöqtə mövcuddur. Yəni, müxalifətdə qəbirstanlıq sükunəti var. Onu da aradan qaldırmaq üçün hansısa bir görüşlərin keçirilməsi yersiz hərəkətdir. Çünki müxalifətin fentamenti əvvəlcədən düzgün qoyulmayıb. Yəni müxalifət düşərgəində təmsil olunan partiya rəhbərləri öz partiyalarında doğru-düzgün siyasət aparmayıblar. Təbii ki, belə olan halda müxalifətin axırı da bu cür acınacaqlı olmalıdır.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB