Elşən Musayev: “İsa Qəmbər “Düşüncə Mərkəzi” deyil “Prodüsser mərkəzi” açmalıdır”

“Əyrilik Əli Kərimlinin qalstukuna qədər sirayət edib”
Elşən Musayev: “İsa Qəmbər “Düşüncə Mərkəzi” deyil “Prodüsser mərkəzi” açmalıdır”

"Məncə İsa Qəmbər "Düşüncə mərkəzi" deyil, "Prodüsser mərkəzi" açmalıdır. "Manıslıq", artistlik, klounluq eləməlidir. Çünki, bir başqanlıq məsələsinə görə, yüz oyun çıxarıb, ətrafındakılara min kələk gəlib, qurultayın vaxtını yubatmağı, uzatmağı bacaran birini yalnız o istiqamətdə perspektiv gözləyə bilər, nəinki siyasətdə". Bunu SİA-ya açıqlamasında AMDP sədri Elşən Musayev İsa Qəmbərin "Düşüncə Mərkəzi" yaratmaq istəyinə münasibət bildirərkən deyib Onun sözlərinə görə, İsa Qəmbər indiyə qədər şəxsi ambisiyalarından, müxalifəti parçalamaqdan, arada nifaq salmaqdan, ona-buna "torba tikməkdən" savayı nəyin marağında olub ki? Bu adam hər yerdə ön plana çıxmaq, hər şeyin ideya müəllifi olmaq istəyir, səbəb budur: "Təbii ki, "Milli Şura"nın yanında olmaq indiki məqamda Müsavat başqanına əl verməz. Çünki, həmin qurum və onun hazırkı sədri Cəmil Həsənli hazırda Əli Kərimlinin oyuncağıdır. İsa Qəmbər isə oyuncaqların təzəsini istəyir. Köhnə oyuncaqlarla bu adamın heç işi olmaz".

İsveçrə Konfederasiyasının prezidentinin Bakıda səfərdə olduğu zaman müxalifət liderləri ilə görüşünə də münasibət bildirən AMDP sədri deyib ki, müxalifətdəki bəzi partiya sədrlərinin İsveçrə Konfederasiyasının prezidenti ilə görüşü mənim yaddaşıma xatirə fotosu ilə həkk olunub: "Çox xahiş edirəm sizlər də, hörmətli oxucular da həmin fotoya mütləq baxsınlar. Üçüncü sinif şagirdi məktəbdə direktor ilə çəkdirdiyi şəkildə uzaq küncdən boynunu çıxarıb necə sevinirsə, Əli Kərimli ilə İsa Qəmbər də bu fotoda eyni cür sevinir".

Onun sözlərinə görə, şəklin orijinalında qalstuku əyri düşən Kərimli "Azadlıq" qəzetində foto-montajla həmin əyriliyi düzəldib: "Bu məqamı isə təsadüfən qeyd etmədim. Demək istədiyim budur ki, həyatlarındakı, fəaliyyətlərindəki əyrilik Əli Kərimlinin qalstukuna qədər sirayət edib".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə