Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb. SİA-nın verdiyi xəbərə görə, əfv sərəncamı azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 157 nəfər məhkuma şamil olunub.
Əfv olunanlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 157 nəfər şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, islah işlərinə məhkum edilmiş bir nəfər və cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan azad ediliblər.
Əfv fərmanı xarici ölkə vətəndaşlarına da şamil olunub.
Qeyd edək ki, əfv fərmanının icrasında Ombudsman aparatının, ictimaiyyət, media nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən gün əfv sərəncamı imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB