Bu gün Bakıda ilk dəfə olaraq Azərbaycan- Türkiyə- Türkmənistan formatında xarici işlər nazirlərinin görüşü keçirilib və görüşdə "Bakı Bəyannaməsi" qəbul olunub. SİA-nın məlumatına görə, Bəyannamədə deyilir: "Tərəflər qarşılıqlı dostluq əlaqələri əsasında mədəni miras, tarixi köklər və milli-mədəni dəyərlərə əsaslanaraq, qarşıda olan çətinliklərin qarşısının alınması üçün öz üzərinə öhdəliklər götürürlər;
Hər bir ölkənin müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət olunur və dəstəklənir;
Üç ölkə arasındakı inkişaf etmiş əlaqələrdən məmnunluq duyulur, siyasi, iqtisadi, enerji, nəqliyyat və hümanitar sahələrdə, eləcə də mədəni, elmi, səhiyyə, turiz, təhsil və idman sahələrində əməkdaşlığın vacibliyi vurğulanır;
Üçtərəfli əməkdaşlıqdan başqa bu əməkdaşlığın BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və digər təşkilatlar çərçivəsində də davam etdirilməsi razılaşdırılıb;
BMT və digər beynəlxalq təşkilatlarda hər bir ölkənin namizədinin təsdiqələnməsinə dəstək göstərmək;
Bu üç ölkə arasında olan əməkdaşlıq regional və beynəlxalq sülhü, təhlükəsizliyi stabilliyi və iqtisadi inkişafı təmin etmək məqsədinə yönəlib.
Xüsusi vurğulanmalıdır ki, bu əməkdaşlıq, terrorizm və ekstremizə qarşı mübarizəni gücləndirəcək. Bu əməkdaşlıq həmçinin öz manifestlərində trans-milli cinayətlər, narkotik maddələrə, silah alverinə, insan alverinə qarşı və s. yönəlib;
Nazirlərin növbəti görüşünün 2014-cü ilin ikinci yarısında Aşqabadda keçirilməsi planlaşdırılıb;
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB