AŞPA sədri jurnalistlərin suallarından “ustalıqla” yayındı

AŞPA sədri jurnalistlərin suallarından “ustalıqla” yayındı

Bu gün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brosser mətbuat konfransı keçirib. Mətbuat konfransı zamanı A.Brosser durmadan Azərbaycanda insan hüquqlarının pozulduğundan danışıb. Ancaq Azərbaycanda insan hüquqları ilə bağlı problemlərin olduğunu deyən AŞPA sədrinə həmkarımızın Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi kökçünə çevrilməsi insan hüquqlarının pozulması deyilmi? Nədən buna səssiz qalırsınız? sualından isə xanım Brosser "ustalıqla" yayınıb.

A.Brosser cavabında deyib: "Biz buna səssiz qalmırıq. Çünki biz insan hüquqlarının pozulduğu bütün yerlərdə səsimizi ucaldırıq. Buna qarşı çıxışlar edirik. Azərbaycanda olduğumuz üçün bunu etməliyik. Biz hansı ölkədəyiksə, həmin ölkədəki insan hüquqlarının pozulmasından danışmalıyıq. Yəni, Ermənistanda olsaydıq, oradakı insan hüquqlarının pozulmasından danışacaqdıq. Bu gün Azərbaycanda olduğumuza görə, sizin ölkədəki insan hüquqlarının pozulmasından danışırıq. Əgər ölkənizdəki insan hüquqlarının pozulması ilə bağlı tənqid səsləndirirksə, bu o demək deyil ki, biz digər ölkələrdəki insan hüquqlarının pozulmasına səssiz qalırıq".

Sonrakı suallara da eyni "tonda" cavab verən Brosser qeyd edib ki, ən ümdə dəyərləri ərazi bütövlüyü məsələsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə