Bakıda keçirilən I Qlobal konfrans öz işini davam etdirir YENİLƏNİR - FOTOLAR
Bakıda keçirilən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrek Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda" ilk qlobal konfrans bu gün də öz işini davam etdirib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson olmaqla 65 ölkədən 200-dək nümayəndə iştirak edir.
Konfransın ikinci günü əsas məruzə ilə iqtisad elmləri üzrə Nobel mükafatı laureatı, Stənford və Harvard universitetlərinin iqtisadi elmlər professoru Alvin.E.Rof çıxış edib.
Daha sonra "ÜTT Bali razılaşmaları və bunların gömrük və işgüzar fəaliyyətə təsiri", "Ticarətin asanlaşdırılmasının regional faydası", "Gömrük-elm dairələri tərəfdaşlığı", "Gömrük-işgüzar dairələr tərəfdaşlığı", "İnnovasiyalar və ticarətin asanlaşdırılması", "Doktorluğa namizədlər və tədqiqat aparan praktikantlar", "Ticarətin asanlaşdırılması qarşısında dayanan maneələr və əngəllər", "Ticarətin asanlaşdırılmasının regional perspektivləri", "Fövqəladə və fəlakət hallarında yardımın göstərilməsi zamanı ticarətin asanlaşdırılması" mövzularında məruzələr dinlənilənəcək.
Qeyd edək ki, qlobal konfransa mayın 23-də yekun vurulacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB