Prezident İlham Əliyev və Fransua Olland Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olublar

Prezident İlham Əliyev və Fransua Olland Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olublar

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində yaradılmış şəraitlə tanış olublar.

Dövlət başçılarına Liseydə görülən işlər barədə məlumat verildi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland Liseydə təşkil olunan tədbirdə çıxış etdilər.

Daha sonra dövlət başçıları Liseyin həyətində ağac əkdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə