"Bəlli məsələdir ki, Milli Şura yarandıqdan bir müddət sonra öz funksiyasını itirmiş bir quruma çevrilib". Bu sözləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Milli Şuranın sıralarını tərk etməsinə münasibətini açıqlayarkən deyib.
Müsavat rəsmisi adıçəkilən qurumun yaşadılmasının mümkünsüz olduğunu da bildirib: "Milli Şuranı yaşatmaq mümkün olmayacaq. Çünki oradan növbəti istefaları da gözləmək olar. Yəni indiki siyasi şəraitə uyğun olaraq, Milli Şuranın fəaliyyəti müxalifətə, orada təmsil olunan partiyalara heç nə vermir".
Tural Abbaslı bundan sonra KXCP ilə Müsavatın əməkdşlıq edə biləcəyini də istisna etməyib: "KXCP ilə əmkədaşlığa gəldikdə isə biz onlara əmədaşlıq təklifi etmişik. Ayrı-ayrı vaxtlarda onlar da buna razılıq veriblər. Sadəcə həmin əməkdaşlığın kağız üzərində imzalanması qalıb".
Xatırladaq ki, Milli Şuranın sonuncu sessiyasında AXCP ilə KXCP arasında kəskin fikir ayrılığı yaşanıb və Mirmahmud Mirəlioğlu Əli Kərimlinin qurumda qalmaq təkidlərinə məhəl qoymayaraq Milli Şuranın sıralarını tərk edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB