Bakıda Silahlı Qüvvələrin taborunun NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək
Sabah Silahlı Qüvvələrin taborunun NATO qiymətləndirməsi üzrə təliminə start veriləcək. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, 5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək.
Qeyd edək ki, Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub. Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB