Aydın Quliyev: “ “Freedom House” Azərbaycana xüsusi missiya göndərsin və real nəticəyə gəlsin” AÇIQLAMA

Aydın Quliyev: “ “Freedom House” Azərbaycana xüsusi missiya göndərsin və real nəticəyə gəlsin” AÇIQLAMA

"Freedom House" təşkilatının neçə illərdir ki, Azərbaycanla bağlı rəyləri dəyişməz qalır. Belə görünür ki, onlar sadəcə olaraq bir dəfə hesabat dərc ediblər və hər il onun başlığını dəyişməklə cəmiyyətə yenisi kimi təqdim edirlər". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, əgər onlar Azərbaycanda internet sahəsindəki vəziyyəti geriləmə kimi dəyərləndiriblərsə, bunun özü elə məsələyə yanlış və qərəzli münasibətin göstəricisidir: "Bu gün Azərbaycanda internet sahəsində mühüm irəliləyişlər əldə olunub və daimi olaraq da bu davam edir. Dünyanın ən qabaqcıl ölkələri ilə müqayisədə belə, Azərbaycanın ünvanına mənfi fikirlər söyləməyin heç bir əsası yoxdur. Baxın, bu gün 100 ilə yaxın demokratiya təcrübəsi olan Türkiyədə müxtəlif sosial şəbəkələrə giriş-çıxış məhkəmə qaydasında qadağan olunduğu halda, Azərbaycanda bu yoxdur.

"Freedom House" təşkilatının Azərbaycanda media ilə bağlı dəyərləndirməsi heç bir reallığa uyğun gəlmir. Mən bir daha onlara xatırlatmaq istəyirəm ki, Azərbaycanda vəziyyətin nə qədər yaxşılaşdığını monitorinq etmək üçün xüsusi missiyalara ehtiyac var. Onlar Azərbaycana xüsusi missiya göndərsinlər və sonda real nəticəyə gəlsinlər. Biz bu işdə onlara yardımçı da ola bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə