“Aztelekom”un gənclərindən orijinal aksiya FOTOLAR

“Aztelekom”un gənclərindən orijinal aksiya FOTOLAR

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyinin Gənclər Təşkilatı fləş-mob keçirib. SİA-nın verdiyi məlumata görə, ilk öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət etdilər.

Daha sonra isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəliməsi yazılan köynəklər geyinən gənclər "Azərbaycanın özü qədər əbədi – Heydər Əliyev" şüarını başları üzərinə qaldırdılar.

Şəhər sakinlərinin marağına səbəb olan fləş-mob onu izləyənlər tərəfindən alqışlanıb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən fləş-mob iştirakçıları "Şəhidlər Xiyabanı"nı da ziyarət ediblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə