"Mən heçə heç bir cavab verməyəcəyəm". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanovun onu şou-biznes nümayəndəsinə bənzətməsinə və burjuaçılıqda ittiham etməsinə münasibətini açıqlayarkən deyib. ASDP sədri bildirib ki, belə fərdlərin açıqlamalarına münasibət bildirmək onların sözlərini ciddiyə almaq deməkdir: "Bu adam heç kimdir. Ona görə də, hər hansı bir sözünə cavab verməyəcəyəm".
Qeyd edək ki, AKP sədri Rauf Qurbanov Araz Əlizadənin 1 mayın kommunistlərə aid olmamasına münasibətində mətbuata açıqlamasında onu da bildirmişdi ki, Araz Əlizadə respublikada yeganə sol özünü hesab edir və bu fikrində ciddi yanlışlığa yol verir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB