Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafı məmnunluqla qeyd olunub, Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB