"Maraqlıdır ki, bu qədər savadsız adam bir partiyada necə toplaşıb. İsa Qəmbəri postunda saxlamaq istəyirdinizsə, vaxtında partiyanın qurultayını keçirib, nizamnəməyə dəyişiklik edərdiniz". Bu fikirləri SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Müsavat Partiyasının bu vaxtadək qurultay keçirməməsinə münasibətini açıqlayarkən deyib.
Araz Əlizadə bildirib ki, Müsavat Partiyasının qurultay keçirməməsinə səbəb onların özlərindəki daxili narazılıqdır: "İlk öncə aralarında olan narazılıqları həll etsinlər, sonra da normal şəkildə namizədlərini irəli sürsünlər. Partiyada kimi özlərinə rəqib bilirdilərsə, hamsını saf-çürük etdilər. İndi isə deyirlər ki, İsa Qəmbər qalsın. Axı, kimə lazımdır onun qalıb qalmamağı? İki ildən artıqdır ki, onlar partiyanın nizamnaməsini pozurlar. Əgər hansısa partiya qurultayını keçirmirsə, müvafiq hökümət orqanı tərəfindən xəbərdarlıq edilir, daha sonra partiya qeydiyyatları ləğv edilir".
Partiya sədri onu da qeyd edib ki, onların nazı ilə çox oynamaq lazım deyil: "Əgər Müsavat "Siyasi partiyalar haqqında" qanunlara, qaydalara riayət etmirsə, bu partiyanın fəaliyyəti dayandırılmalıdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB