Rauf Əliyev: “Azərbaycanda bu olayların baş verməsini istəmirik” AÇIQLAMA
"Təbii ki, biz bu ikili standartları xeyli müddətdir görürük. BMT-nin 4 qətnaməsi bu günə kimi icra edilməyib. BMT qəbul edib icra edə bilmədiyi 4 qətnamə ilə məşğul olsun". Bunu SİA-ya millət vəkili Rauf Əliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Ermənistanın və beynəlxalq təşkilatların ünvanına söylədiyi fikirlərə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, cənab Prezidentin söylədiyi bu fikirlərin hər biri reallığı əks etdirir: "Bəs bunlar ikili standart deyil? Bu gün biz hamımız bir millət kimi dövlət başçısının apardığı uğurlu strategiyada birləşməliyik. Düşmən hərtərəfli bizim yanımızdadır. Baxın görün ermənilər hansı oyunlardan çıxırlar? Biz elə işləməli və fəaliyyət göstərməliyik ki, dünyaya bir daha sübut edək ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Hər birimiz Ukraynada baş verən hadisələrin şahidiyik. Azərbaycanda bu olayların baş verməsini istəmirik. Biz hərtərəfli inkişaf edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB