İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıya rəsmi səfər edəcək. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. E. Abdullayev səfərin baş tutacağını təsdiq etsə də, səfərin tarixi haqqında dəqiq məlumat olmadığını vurğulayıb.
Onun sözlərinə görə, İsrail XİN-nin ölkəmizə səfərinin tarixi dəqiqləşdirdikdən sonra ictimaiyyətə açıqlama veriləcək.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl İsrail XİN-nin ölkəmizə səfərə gələcəyi ilə bağlı məlumatlat yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB