Sərdar Cəlaloğlu: “AXCP və KAXCP arasındakı ziddiyyət əvvəldən mövcud olub”

Sərdar Cəlaloğlu: “AXCP və KAXCP arasındakı ziddiyyət əvvəldən mövcud olub”

Müsavat Partiyasının Milli Şuradan getməsindən sonra orada daha bir AXCP-yə əks olan partiya - KAXCP fəaliyyət göstərməkdədir. Lakin müxalifətdə olan siyasilər də belə düşünürlər ki, hər iki partiyanın bir qurumda təmsil olunması uzun müddət davam edə bilməz. "Bunu gizlətmək də mümkün deyil. Siyasətdə "mehriban düşmənlər" anlayışı mövcuddur". SİA-nın məlumatına görə, bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu Milli Şurada təmsil olunan AXCP və KAXCP-nin birgə fəaliyyətinə münasibətini açıqlayarkən deyib.

"Əgər Müsavat Partiyası ilə AXCP arasında problem varsa, ondan daha artıq problem AXCP və KXCP arasında mövcuddur", - deyə qeyd edən partiya sədri eyni zamanda bildirib ki, adıçəkilən siyasi təşkilatların Milli Şurada birgə olması uzun müddət davam edə bilməz. Çünki partiyalar arasındakı uzun illərdən qalan köhnə problemlər Milli Şuraya da mənfi təsir göstərir: "Uzun müddət birgə fəaliyyət Milli Şuranın işini daha da zəiflədə bilər".

Qeyd edək ki, Sərdar Cəlaloğlu mətbuatda Əli Kərimli ilə Mirmahmud Mirəlioğlu ilə aralarındakı münasibətlərin pozulmasının uzun illər öncəyə qədər gedib çıxdığını bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə