YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib FOTOLAR
Bu gün Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının (ADİİXİHİ) Yeni Azərbaycan Partiyası üzrə Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yıgıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, yığıncaqda Həmkarlar İttifaqının YAP HİK-nin 2012-2013-cü illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilib, təşkilatın Təftiş Komissiyasının hesabatı və təşkilati məsələlər müzakirə olunub.
ADİİXİHİ-nin YAP HİK-nin sədri, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev hesabat məruzəsi ilə çıxış edib. H.Paşayev iki il ərzində HİK-nin gördüyü işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, ADİİXİHİ-nin YAP HİK fəaliyyəti Azərbaycan Respublikasının qanunları və ADİİXİHİ-nin nizamnaməsi əsasında tənzimlənib: "78 üzvün birləşdiyi təşkilat ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının, eləcə də, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının son qurultayının qərarlarının icrasının yüksək səviyyədə təmin edilməsinə çalışıb, komitə tərəfindən verilən təlimat və göstərişlərin yerinə yetirilməsi üçün lazımi səylər göstərib. HİK təsdiq olunan 6 aylıq və illik iş planlarına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib. Hər zaman təşşəbüskarlığı ilə fərqlənən təşkilat üzvləri tədbirlərin təşkilində və keçirilməsində də mütəşəkkillik nümayiş etdiriblər. Komitə Azərbaycan xalqının və müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən hadisələrin qeyd edilməsində YAP İcra katibliyi tərəfindən təşkil edilən bütün tədbirlərdə həmrəylik nümayiş etdirib. Belə ki, Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə YAP İcra katibliyinin təşkil etdiyi silsilə xarakterli möhtəşəm tədbirlərdə Həmkarlar İttifaqı Komitəsi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıb. Eləcə də, 15 iyun Qurtuluş günü və Yeni Azərbaycan Partiyasının yaranması münasibəti ilə keçirilən bayram tədbirlərində də Həmkarlar İttifaqı Komitəsinin üzvləri fəallıq nümayiş etdiriblər. Əlavə olaraq, 8 mart Beynəlxalq Qadınlar günü, Novruz bayramı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təşkilat üzvlərinin iştirakı ilə müxtəlif xarakterli tədbirlər keçirilib".
Daha sonra ADİİXİHİ-nin YAP HİK-nin Həmkarlar İttifaqı Təftiş Komissiyasının sədri, YAP-ın işlər müdiri Mahir Abbasəliyev Təftiş Komissiyanın hesabatını təqdim edib.
YAP HİK-nin iki illik fəaliyyəti ilə bağlı YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında bildirib ki, bu istiqamətdə aparılan işlər uğurlu və qənaətbəxş hesab edilir: "Həmkarlar İttifaqında birləşənlərin istirahət etmələrinin, bayram tədbirlərində mükafatla təqdim olunmalarında YAP HİK çox uğurlu fəaliyyət yolu tutub".
Daha sonra çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov qeyd edib ki, ADİİXİHİ-nin maliyyə imkanlarının az olmasına baxmayaraq, bir çox işlərə imza atıb. ""Səs", "Yeni Azərbaycan" qəzetlərinin işçiləri müxtəlif tədbirlərdə fəallıqları ilə seçiliblər. Bu baxımdan, mən də bu fəaliyyəti uğurlu və qənaətbəxş hesab edirəm".
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə öz çıxışında bildirib ki, müxtəlif idman-əyləncə yarışlarının təşkilində, istirahət səfərlərində, eyni zamanda bayramlarda mükafatların verilməsində ADİİXİHİ-nin bu istiqamətdəki fəaliyyəti hər kəs tərəfindən yüksək dəyərləndirilir".
Sonda Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri təyin edilib. Hüseyn Paşayev yenidən ADİİXİHİ-nin sədri seçilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB