Politoloq: "Nə Kerriyə, nə də Ollanda ümid yoxdur" Münasibət

Politoloq: "Nə Kerriyə, nə də Ollanda ümid yoxdur" Münasibət

"Nə ABŞ-ın dövlət katibi Con Kerri, nə də Fransanın prezidenti Fransua Ollanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidim yoxdur. Baxmayaraq ki hər ikisi də ATƏT-in Minsk qrupunun həmsədrləri qismində çıxış edirlər, ancaq 20 ildən çoxdur ki, münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov həmsədrlərin fəaliyyətsiz missiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mənasız və nəticəsiz görüşlərə getmək marağı yoxdur: "Həmsədr ölkələrin nümayəndələri təmas xəttində dəfələrlə monitorinqlər keçirir, ancaq hər zaman mənasız bəyanatlarla çıxış edirlər. Hətta bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Moskvada xarici işlər nazirləri səviyyəsində də görüşlər keçirildi. Lakin görüşün gündəliyi və predmetləri açıqlanmadı".

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland bu il mayın 11-12-də Azərbaycanda səfərdə olacaq. O, Azərbaycandan sonra Ermənistan və Gürcüstana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə