Həmsədrlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşlərinin nəticələrini açıqlayıblar
ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin 4-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbandyan ilə keçirdikləri görüşün nəticələri açıqlanıb.
SİA ATƏT-in Minsk qrupunun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, görüşdə həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.
ATƏT-in Minsk qrupunun həmsədrləri görüşdə bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışacaqlarını qeyd ediblər. Onlar, həmçinin yaxın gələcəkdə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsinin mümkünlüyünü müzakirə ediblər. Həmsədrlər regionda gərginliyi azaltmaq üçün hər iki ölkə tərəfindən konkret addımların atılmasının və sülh danışıqlarında irəliləyişin əldə edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB