Ukrayna böhranı futbola da təsir etdi

"Tavriya" və "Sevastopol" klubları hansı ölkə çempionatında oynayacaq?
Ukrayna böhranı futbola da təsir etdi
"Ukrayna Futbol Federasiyası (UFF) tərkibində ölkənin futbol çempionatında oynayan "Tavriya" və "Sevastopol" klubları müstəqil olaraq Ukrayna çempionatını tərk edə bilməzlər". SİA-nın məlumatına görə, bu barədə UFF-nin prezidenti Anatoliy Konkov "Futbol-1" telekanalına müsahibə verərkən deyib: "Mən hələ bu istiqamətdə hələ ki, kimsəylə danışmamışam. Ancaq Blatterlə (FİFA-nın prezidenti – red) müzakirələr aparanda o, birmənalı olaraq mənə dedi ki, "Tavriya" və "Sevastopol" məhz Ukrayna çempionatında oynamalıdırlar. UFF heç vaxt digər klublara belə qarantiya verə bilməz. Əgər onlar çempionatı sərbəst şəkildə tərk etsələr, heç yerdə oynaya bilməyəcəklər".

"Onlar Ukrayna klublarıdırlar, Ukrayna liqasında rəqabət aparırlar. Bu zaman onlar sabah harada oynayacaqlar? Ümid edirəm ki, Ukraynada. Başqa harada oynamalıdırlar ki?"-deyə UFF prezidenti bildirib.

Bu arada qeyd edək ki, Rusiyanın "İzvestiya" qəzetinin yazdığına görə, Rusiya Futbol İttifaqının (RFİ) prezidenti ilə UFF prezidenti arasında adıçəkilən Krım klublarının müqəddəratı müzakirə olunarkən ümumi razılaşma əldə edilib.

"FFU və RFİ arasında aparılan müzakirələrdə bütün məsələlər əhatə olunub. Müzakirələrin nəticələri barədə isə hər hansı bir rəsmi açıqlama verilməyəcək. Çünki istənilən anda sanksiyalar tədbiq oluna bilər. Vəziyyət həqiqətən də mürəkkəbdir. Lakin Konkov və Tolstıx (RFİ-nin prezidenti –red.) arasında ümumi razılaşma mövcuddur"-deyə "İzavestiya yaxın mənbələrinə istinadən yazıb.

Qeyd edək ki, Krımdakı siyasi böhranla bağlı RFİ UFF ilə yanaşı, FİFA və UEFA ilə də müzakirələr aparmağa hazırlaşır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня