Ərdoğan ilk səfərini Azərbaycana edir

Ərdoğan ilk səfərini Azərbaycana edir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsində keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar ara verdiyi xarici səfərlərinə yenidən başlayır. Seçkidən sonra baş nazir ilk səfərini aprelin 4-də Azərbaycana edəcək. Bu barədə SİA türk mətbuatına istinadən xəbər verir.

Belə ki, cümə günü Azərbaycana səfər edəcək baş nazirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə