Türkiyənin ordu generalı ölkəmizə səfərə gəlib

Türkiyənin ordu generalı ölkəmizə səfərə gəlib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl Azərbaycana rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, Necdət Özəlin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Qeyd edək ki, səfər aprelin 4-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə