Elçin Mirzəbəyli: “Qəbul olunan qərarlar Azərbaycan hökumətinə məxsusdur”

Elçin Mirzəbəyli: “Qəbul olunan qərarlar Azərbaycan hökumətinə məxsusdur”

"Azərbaycan müstəqil, güclü dövlətdir. Bizim dövlətimizin kiminsə və ya hansısa dairələrin diktəsinə, siqnalına ehtiyacı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli ölkədəki bəzi siyasi dairələrin və media orqanlarının Azərbaycandakı siyasi prosesləri diktə altında həyata keçirməsi məsələsinə münasibət bildirərkən deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycan hökuməti baş vermiş hadisələri təhlil edir: "Hökumət, dövlət hadisələri təhlil edir, nəticə çıxarır və qərar qəbul edir. Biz heç kimin və heç bir ölkənin diktəsi ilə addım atmırıq. Qəbul olunan qərarlar Azərbaycan hökumətinin öz qərarıdır və doğrudur".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə