Aydın Quliyev: ““Azadlıq” və digər mətbuat orqanları cərəyan liderinin fikirlərini yaymaqla məşğul olmamalıdır”

Aydın Quliyev: ““Azadlıq” və digər mətbuat orqanları cərəyan liderinin fikirlərini yaymaqla məşğul olmamalıdır”

"Hansısa cərəyanın baxışları, fikirləri, mövqeyi Azərbaycan dövlətçiliyi üçün münasib sayılmırsa və hətta həmin cərəyan daşıyıcılarının ideologiyasının Azərbaycan dövlətçiliyi üçün faydalı olmadığı barədə şübhələr varsa, həmin sekta rəhbərlərinin fikirlərinin mətbuatda təbliği dövlətçiliyə qarşı çıxmaq deməkdir. "Azadlıq" qəzeti də bu kimi qeyri-məqbul işlərlə məşğuldur". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Azadlıq" qəzetinin bugünkü sayında nurçuların lideri Fətullah Gülənin "Zaman" qəzetinə verdiyi geniş müsahibəsini çap etməsinə, onun təbliğinə yer ayırmasına münasibətini bildirərkən söyləyib.

Baş redaktor qeyd edib ki, kimliyindən asılı olmayaraq, hər bir mətbuat orqanı bu cür məsələlərdə Azərbaycan dövlətçiliyinin mövqeyinə qarşı çıxmamalıdır: ""Azadlıq" və ya digər bu kimi mətbuat orqanları hansısa cərəyanın liderinin fikirlərini yaymaqla məşğul olmamalıdırlar. Bu, dövlətçiliyə xəyanətdir və buna başqa ad da vermək olmaz".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə