Elman Nəsirli: “Qərb Ukraynanı qorumaq iqtidarında olmayacaq”

Elman Nəsirli: “Qərb Ukraynanı qorumaq iqtidarında olmayacaq”

"1948-1952-ci illərdə müharibədən çıxımış Avropa dövlətlərinə 17 milyard dollar həcmində iqtisadi yardımı nəzərdə tutan Marşal planı həm də böyük geostrateji əhəmiyyəti olan plan oldu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli milyarder və filantrop Corc Sorosun Ukrayna məsələsinin həllini Ukraynaya qarşı "Marşal planın"dan istifadə etməklə bağlı təklifinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ABŞ-dan iqtisadi yasdım almış dövlətlər artıq 1949-cu ildən, yeni NATO yaradıldıqdan sonra həm də onun hərbi müttəfiqlərinə çevrildilər: " Ukraynaya bu qəbildən Qərbin ciddi iqtisadi dəstək verməsi, nəticə etibarilə tərəflərin yaxın perspektivdə siyasi və hərbi müttəfiqliyini labüd edə bilər. Bu halda da belə, hesab edirəm ki, orta müddət üçün, yəni 10 ilə Qərb Ukraynanın ərazi bütövlüyünü qorumaq iqtidarında olmayacaq və Rusiya Krımı özünə birləşdirməyə müvəffəq olacaq. Artıq bu istiqamətdə mühərrik hərəkətə gətirilib. Mənə elə gəlir ki, Qərb indiki halda Risiyanın eyforiyaya qapılıb, digər əraziləri zəbt etməməsi üçün, "iştah diş altındadır" məntiqindən çıxış edərək, bu ölkəyə qarşı təzyiqlər göstərir".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə