Aydın Mirzəzadə: “Görüşlər ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən xəbər verir”
"ABŞ-Azərbaycan içşi qrupunun görüşü qarşılıqlı münasibətləri müzakirə etmək və gələcək planları qurmaq məqsədi ilə keçirilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ABŞ-Azərbaycan işçi qrupunun gözlənilən görüşlərinin ölkəmizin hərbi və müdafiə sahəsinə gətirəcəyi yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu görüşün Azərbaycana hansı dividentlər gətirəcəyini yalnız görüş bitdikdən sonra söyləmək olar: "Lakin hər dəfə yüksək səviyyəli dövlət nümayəndələrindən təşkil olunan bu cür görüşlər iki dövlət arasında məsləhətləşmələr aparmağa, münasibətləri genişləndirməyə və gələcək planlar qurmağa kömək edir. Bu praktika özünü kifayət qədər doğruldub. Bu gün iki dövlət arasında müzakirə edilməyən və yasaq qoyulan məsələ yoxdur. Beynəlxalq aləmdə cərəyan edən məsələlər, bu gün hər iki ölkənin müzakirə edəcəyi mövzulardır. Hazırda iki ölkənin işçi qrupunun keçirəcəyi görüşlər ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Hər iki tərəf də vaxtaşırı bu vəziyyətdən məmnun olduqlarını bildirir".
Xatırladaq ki, Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək və iş planına əsasən martın 16-dan martın 21-dək Almaniyanın Nürnberq şəhərində Azərbaycan-ABŞ işçi qrupunun görüşü olacağı bildirilir. Martın 17-dən martın 21-dək Fransanın paytaxtı Paris şəhərində Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Serbiyanın Krusevaç şəhərində maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək.
Qeyd edək ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəyi də bildirilir.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB