Araz Əzimov: "Azərbaycan və Əfqanıstan iki suveren müstəqil dövlətdirlər"

Araz Əzimov: "Azərbaycan və Əfqanıstan iki suveren müstəqil dövlətdirlər"

"Azərbaycan və Əfqanıstan iki suveren müstəqil dövlətdirlər və onlar bir-birini tanıyır, əməkdaşlıq, dostluq edirlər. Bu əlaqələr tarixi ənənəyə arxalanır və gələcəkdə də davam edəcək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanın Azərbaycan üzərindən tranzit həyata keçirməsi məsələsinə münasibət bildirərkən deyib.

Araz Əzimov deyib ki, Əfqanıstanla Azərbaycan üzrə tranzit dəhlizin təmin olunması tək hərbi məqsədlərə yox, ümumilikdə təhlükəsizlik və iqtisadi inkişaf məqsədlərinə xidmət edəcək. Gələn həftə Əfqanıstanın xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində həm ikitərəfli məsələlər, həm də region kontekstində təhlükəsizlik məsələləri, o cümlədən İSAF-ın missiyadan sonrakı durumu və perspektivləri müzakirə olunacaq".

Nazir müavini martın 16-da Ukraynanın Krım Muxtar Respublikasında keçiriləcək referendumla bağlı Azərbaycanın mövqeyini də şərh edərkən deyib ki, Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə həmişə riayət edib və edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə