Eynulla Fətullayev: "Nurçuluq Azərbaycan üçün tamamilə yad ideoloji cərəyandır"

Eynulla Fətullayev: "Nurçuluq Azərbaycan üçün tamamilə yad ideoloji cərəyandır"

"Sələfilik və nurçuluq Azərbaycan dövləti üçün təhlükədir. SİA-nın məlumatına görə, bunu jurnalist Eynulla Fətullayev bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycan cəmiyyəti üçün sələfilik tamamilə yaddır: "Nurçuluq da bizə tamamilə yad ideoloji cərəyandır. Türkiyə üçün də bu cərəyan yaddır və getdikcə bunu dərk edirlər. Bu, əslində siyasi firqədir. Mən mətbuatda bununla bağlı yazıları təqdir edirəm. Azərbaycan dövlətinin əsasını sarsıdacaq ideologiyaya, nurçuluğa yer olmamalıdır. Bu məsələlər Azərbaycan hökuməti tərəfindən təhlil olunmalı və müvafiq qərar verilməlidir".

O qeyd edib ki, Türkiyədə olan zaman Baş nazirinin köməkçiləri, media mənsubları, ictimai xadimlərlə görüşdə Türkiyəni fəlakət gözlədiyini bir daha yəqin edib.

Bir zamanlar ona Milli Məclisin komitə rəhbərlərindən birinin Fətullah Gülənlə fotosunu verdiyini diqqətə çatdıran E.Fətullayev deyib ki, 2007-ci ildə Gülər Əhmədova Milli Məclisin komitə rəhbərlərinin birinin Fətullah Gülənlə fotosunu ona gətirib: "O zaman real təhlükə olmadığı üçün onu yayımlamadım. Ancaq indi potensial təhlükə var".

Bütün xəbərlər Facebook səhifəmizdə