İran nüvə silahından imtina etdi. Bunu SİA İranın "Farsi.ru" saytına istinadən xəbər verir. Məlumata əsasən, İran prezidenti Həsən Ruhani martın 1-də İranın Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi qarşısında nüvə silahından imtina etdiyi haqqında rəsmi bəyanat verib.
Prezidentin sözlərinə görə, əgər İran kütləvi qırğın silahı əldə etmək istəsəydi, kimyəvi və ya bioloji silah əldə edərdi. Çünki bu İran üçün olduqca asandır.
İran saytı qeyd edir ki, dövlət başçısı Həsən Ruhani bu bəyanatı ilə ali dini rəhbər Ayətullah Əli Xomeyninin daha əvvəl verdiyi qərarını dəstəkləyib. Belə ki, Ayətullah Əli Xomeyni kütləvi qırğın silahının istehsalına qadağa qoyaraq, bu kimi silahın istehsalının günah olduğunu bildirmişdi.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB