Tural Abbaslı: “Bu, Gənclər Təşkilatına keçirilmiş sədr seçkilərindən sonra yaranmış narazılığın davamıdır”

Tural Abbaslı: “Bu, Gənclər Təşkilatına keçirilmiş sədr seçkilərindən sonra yaranmış narazılığın davamıdır”

“Müsavat Gənclər Təşkilatında baş verən son olaylar bir neçə müddət öncə partiyanın Gənclər Təşkilatına keçirilmiş sədr seçkilərindən sonra yaranmış narazılığın davamıdır”. Bunu SİA-ya açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı son bir neçə gündə partiyanın Gənclər Təşkilatında yaşanan gərgin vəziyyətə münasibət bildirərkən söyləyib.

Tural Abbaslı, bu cür gərginliyə partiya rəhbərliyinin də münasibət bildirdiyini və bu narazılıqla bağlı Müsavat Partiyası başqanı İsa Qəmbərin həmin gənclərlə bəzən görüşdüyünü, lakin bu görüşlərdən sonra yenidən narazılıq yarandığını bildirib: “Gənclər arasında yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq İsa bəy də gənclərlə görüşüb. Lakin bu görüşlərdən sonra da narazılıqlar yaranır”.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə