Bir müddət öncə Müsavat və AXCP partiyaları arasında yaranmış kəskin qarşıdurmalar səngisə də atəşkəsin pozulacağı ehtimalı yenidən görünməkdədir. SİA-nın məlumatına görə, həm Müsavat, həm də Cəbhə yetkililəri öz açıqlamaları ilə köhnə iddialarında qalmaqda davam edirlər. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı təmsil olunduğu partiyaya yaxın mətbu orqana verdiyi açıqlamasında qarşı tərəfin geri çəkilməsini İsa Qəmbərin müraciəti ilə əsaslandırıb: "Tərəflərin qarşılıqlı ittihamlara son verməsi Rəsulzadə şəxsiyyətinə və İsa Qəmbərin müraciətinə hörmət əlaməti kimi qiymətləndirilə bilər".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə AXCP-nin sakitliyə riayət etməyəcəyi qənaətində olduğunu gizlətməyib və bu davam edərsə qarşı tərəfə cavab verəcəyini istisna etməyib: "Biz AXCP ilə çəkişmədə tərəf deyilik, lakin cəbhə rəhbərliyi və üzvləri bizi tərəfə çevirdilər. Əgər yenidən başlasalar, cavab verəcəyik"."
Maraqlıdır ki, AXCP tərəfi də Müsavat Partiyasına qarşı ittihamların qüvvədə qaldığını bildirib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öz açıqlamasında deyib ki, cəmiyyət Müsavat Partiyası və"Yeni Müsavat" qəzeti haqqında hər şeyi bildi: "Cəmiyyət gerçəyi biləndən sonra polemikaları davam etdirməyin mənası qalmadı."
Xatırladaq ki, Müsavat Partiyası Milli Şura sıralarını tərk etdikdən sonra hər iki siyasi təşkilat rəsmiləri arasında təhqir səvissəyində qarşıdurmalar yaşanmaqdadır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB