ATGTİ sədrinə Prezident mükafatı təqdim olunub FOTOLAR

ATGTİ sədrinə Prezident mükafatı təqdim olunub FOTOLAR

Ötən gün 2 fevral Gənclər günü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına dair mükafatlandırma marasimi keçirilib. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, tədbirdə nazirlər, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, gənclər təşkilatlarının nümayəndələri, yaradıcı gənclər və gənc alimlər iştirak ediblər. Tədbir çərçivəsində il ərzində gənclər siyasətində görülən işlərdən söz açılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün 2013 cü ildə təsis olunmuş Gənclər üçün Prezident Mükafatına layiq görülmüş gənclərin təltif olunması baş tutub.

Təltif olunanlar arasında ictimai sahədə göstərdiyi fəaliyyətə görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da yer alıb. Azərbaycanın ən böyük tələbə təşkilatı olan ATGTİ-nin sədri ictimai sahədə göstərdiyi fəalliyyətdə fərqləndiyinə görə Prezident mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə